Azedu.az

Yuxarı sinif şagirdlərinə peşəyönümü məsləhət xidməti göstərilib

Məktəblər

28 Noyabr 2019, 15:05
Yuxarı sinif şagirdlərinə peşəyönümü məsləhət xidməti göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Bakının Səbail rayonundakı Badamdar qəsəbəsi, 239 nömrəli məktəbdə 8-11-ci sinif şagirdləri üçün peşəyönümü məsləhət tədbiri keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AzEdu.az-a verilən məlumata görə, şagirdlərə düzgün peşə seçmək üçün nələrə diqqət edilməsi, işəgötürənlər tərəfindən tələb olunan peşə və ixtisaslar barədə məlumatlar verilib. Əmək bazarında mövcud vəziyyətlə bağlı təqdimatlar edilib. Şagirdlərlə müsahibə və testlər keçirilib.

Peşəyönümü tədbirlərinin davamı kimi, bu ilin ötən dövründə respublika üzrə 89 min 714 nəfər vətəndaş həmin tədbirlərə cəlb olunub. Onlara peşəyönümü məsləhət xidməti göstərilib, həmçinin Dövlət Məşğulluq Xidməti tərəfindən göstərilən məşğulluq xidmətləri və aktiv məşğulluq tədbirləri barədə məlumatlar verilib.

Peşəyönümü xidmətinin əsas hədəf qrupları Məşğulluq Mərkəzlərində qeydiyyatda olan işaxtaran və işsiz vətəndaşlar, məktəbəqədər təhsil müəssisələrinin uşaqları, orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlər, sosial müdafiəyə xüsusi ehtiyacı olan əhali qrupları, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alanlar, orta-ixtisas və ali təhsil müəssisələrinin tələbələridir.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox