Azedu.az

Deputat məktəblilərlə görüşdü - FOTO

Məktəblər

26 Noyabr 2019, 21:16
Deputat məktəblilərlə görüşdü - FOTO

Bu gün 287 saylı “Zəkalar” liseyində Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin dəstəyi ilə “Uşaqların vətənpərvərlik ruhunda böyüməsində aydınların rolu” adlı tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva şagirdlərin maraqlı proqram əsasında tərtib olunmuş çıxışlarına görə uşaqları, bu işdə onlara dəstək olan müəllimləri və tədbirin təşkilatçıları olan 287 nömrəli "Zəkalar" liseyinin rəhbərliyi və kollektivini, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırovanı təbrik edib. Millət vəkili bir orta məktəbdə belə bir maraqlı proqramın gerçəkləşdirilməsindən məmnunluğunu ifadə etdi.

Q.Paşayeva gəncləri oxumağa, öyrənməyə, fundamental fənlərlə yanaşı, tarixi dərindən öyrənməyə, vətənpərvər olmağa çağırıb. Xanım millət vəkili orta məktəbin ən əsas vəzifəsinin vətəndaş yetişdirmək olduğunu deyərək, şagirdlərin bütün əldə etdiklərinin onların geniş dünyagörüşə yiyələnmələri, başqa ölkələrdən olan həmyaşıdları ilə qarşılaşdıqda, gələcəkdə önəmli mövqelərə çıxdıqda hazırlıqlı olmağa hesablandığını qeyd etdi. Bu deyilənləri şüurlu və peşəkar vətəndaşlıq təliminin orta məktəbdən formalaşan addımları kimi xarakterizə edən Qənirə Paşayeva özünəməxsus nəticələri olan 287 saylı “Zəkalar” liseyinin gələcəkdə daha böyük uğurlara imza atacağına inamını ifadə edib.

Q.Paşayeva məktəbdə tariximizin öyrənilməsi istiqamətində həyata keçirilən işlərin önəmini xüsusi vurğulayıb.

Tədbirin sonunda təhsildə fərqlənən şagirdlərin hər birinə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin kitablar hədiyyəsi və məktəbli üçün gərəkli bir sıra hədiyyələri təqdim olunub.

Q.Paşayeva və Arzu Bağırova müəllimlərlə də geniş söhbət ediblər. Liseyin direktoru Aygün Əhmədli millət vəkili Qənirə Paşayevaya liseyin fəaliyyəti, bu gün ölkəmizin qabaqcıl təhsil ocaqlarından biri olması, təhsil ocağının daha da inkişafı istiqamətində görülən tədbirlər və şagirdlərin əldə etdiyi uğurlar barədə geniş məlumatlar verib.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox