Hürufi şair Sürurinin Azərbaycan türkçəsində yazdığı divanın surəti ABŞ kitabxanasında aşkarlanıb.
AMEA-dan AzEdu.az-a verilən məlumata görə, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Paşa Kərimov ABŞ-ın Kaliforniya Universitetinin kitabxanasından İmadəddin Nəsiminin ardıcılı, hürufi şair Sürurinin ana dilindəki divanının avtoqraf nüsxəsinin surətini əldə edib.
Müəllif tərəfindən nəstəliq xətti ilə köçürülən Kaliforniya nüsxəsi 120 vərəqdən ibarətdir. Buraya Azərbaycan türkcəsində yazılmış 424 qəzəl, 3 qəsidə, qitə, müəmma, mətlə və müfrədlər, farsca 31 qəzəl və bir məqtə daxildir.
Bu divan XV-XVI əsrlər Azərbaycan ədəbiyyatının araşdırılması baxımından dəyərli mənbədir.