Təhsil müəssisələrinin akkreditasiyasına görə ödənilən məbləğ “Dövlət rüsumunu haqqında” Qanuna görə müəyyənləşdirilir.
AzEdu.az xəbər verir ki, bu ildən Milli Məclisin plenar iclasında "Dövlət rüsumu haqqında" Qanuna dəyişikliklər qəbul edilib. Qanuna əlavə edilməsi təklif olunan 32.1-ci maddəyə əsasən, akkreditasiyadan keçmək üçün məktəbəqədər təhsil müəssisələri 3.000 manat, ümumtəhsil müəssisələri 5.000 manat, məktəbdənkənar təhsil müəssisələri 7.000 manat dövlət rüsumu ödəməlidir. Peşə təhsili müəssisələrinin akkreditasiyadan keçməyə görə dövlət rüsumunun məbləği 10.000 manat, orta ixtisas təhsili müəssisələri üzrə 15.000 manat, ali təhsil müəssisələri üçün isə 20.000 manat həcmində müəyyənlədirilir. Bundan başqa, əlavə təhsil müəssisələri, habelə təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr də akkreditasiyadan keçmək üçün 15.000 manat dövlət rüsumu ödəməli olacaqlar.
Ötən illərdə isə dövlət rüsumu aşağıdakı kimi müəyyənləşmişdi.
Dövlət rüsumu tutulmalı olan hərəkətlər | Dövlət rüsumunun məbləği |
32-1.1. məktəbəqədər təhsil müəssisələri | 2000 manat |
32-1.2. ümumi təhsil müəssisələri | 5000 manat |
32-1.3. məktəbdənkənar təhsil müəssisələri | 5000 manat |
32-1.4. peşə təhsili müəssisələri | 10000 manat |
32-1.5. orta ixtisas təhsili müəssisələri | 12000 manat |
32-1.6. ali təhsil müəssisələri | 20000 manat |
32-1.7. əlavə təhsil müəssisələri | 12000 manat |
32-1.8. təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr | 12000 manat |