Azedu.az

Serbiyada məktəblərin birində odlu silahla atəş açmaq istəyən şəxs zərərsizləşdirilib

Məktəblər

23 Noyabr 2019, 17:56
Serbiyada məktəblərin birində odlu silahla atəş açmaq istəyən şəxs zərərsizləşdirilib

Serbiyada məktəblərin birində odlu silahla sinfə daxil olaraq atəş açmaq istəyən şəxs saxlanılıb.

AzEdu.az xəbər verir ki, naməlum şəxs bir neçə dəfə atəş açsa da xəsarət alan olmayıb. Məktəbin idman müəlliminin müdaxiləsi ilə qanlı aktın qarşısı alınıb. Müəllim silahlı şəxsin üzərinə atılaraq onu zərərsizləşdirib.

Polisin məlumatına əsasən, tutulan şəxsin üzərində partlayıcı maddə ilə dolu çanta aşkarlanıb. O, yaxalandıqdan sonra şəxsi həyatından gileylənməyə başlayıb, ailəsinin təhdid edildiyini və bu hərəkəti ilə ölkə rəhbərliyinin diqqətini çəkmək istədiyini deyib.

(Azərtac)

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox