X-XI sinif şagirdləri hansı halda ölkə daxilində məktəbi dəyişə bilərlər?
AzEdu.az xəbər verir ki, qanunvericiliyə əsasən, X-XI sinif şagirdlərinin yerdəyişməsinə yalnız aşağıdakı hallarda icazə verilir.
Belə ki, şagird ailəsi ilə birlikdə yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd təqdim etdikdə; habelə lisey və gimnaziyalarda, özəl ümumi təhsil müəssisələrində tətbiq edilən tədris proqramlarının mənimsənilməsi mümkün olmadıqda X-XI sinif şagirdləri ölkə daxilində yerdəyişmə edə bilərlər.
Qeyd edək ki, «Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları» Azərbaycan Respublikası Təhsil Nazirliyinin 06 noyabr 2014-cü il tarixli Qərarı ilə təsdiq edilib.