Şahmat, musiqi, rəqs, üzgüçülük... Hamısını bir yerdə etmək qeyri- mümkündür kimi görünür, amma bu əkiz qardaşlar bütün bunlarla bərabər dərslərini də yaxşı oxuyurlar.
Ortaq arzular, ortaq hədəflərə sahib Atilla və Altay 7 yaşlarından şahmatla məşğul olur, hazırda FİDE master dərəcəsində olan qardaşlar təxminən 1 ilə qrossmeyster dərəcəsi qazanmaq istəyirlər. Bir müddətdir ki, Dominos Pizzanın sponsorluğu ilə yarışlarda iştirak edirlər.
Gənc olmalarına baxmayaraq bir sıra uğurlara imza atan qardaşlar Əbu-Dabidə keçirilən beynəlxalq şahmat festivalında 2-ci yer, 2018-ci ildə Batumidə beynəlxalq turnirdə 1ci yer, Şahmat üzrə dünya çempionatında 4-cü yerdə qərarlaşıblar və 2015-ci il Avropa Çempionatında bürünc medal qazanıblar.