Azedu.az

“Məktəb seminarları”nda 2560 təhsil işçisi iştirak edib

Məktəblər

21 Noyabr 2019, 14:27
“Məktəb seminarları”nda 2560 təhsil işçisi iştirak edib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Məktəb seminarları” yekunlaşıb.

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, noyabrın 1-dən 18-dək keçirilən seminarlar 308 məktəbi əhatə edib. Ümumilikdə 84 sessiyada 2560 təhsil işçisi iştirak edib.

“Məktəb seminarları”nın keçirilməsinin əsas məqsədi Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuş Fəaliyyət Planından irəli gələn məsələlərin ümumtəhsil məktəbləri tərəfindən səmərəli icrasını və təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etməkdir. Həmçinin ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox