2018-ci ildə keçirilən buraxılış imtahanlarında həm 9-cu, həm də 11-ci sinif şagirdləri arasında ən yüksək nəticələri Təhsil Nazirliyi (TN) tabeli və özəl liseylərin şagirdləri əldə ediblər.
AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent”jurnalının 12-ci sayında bildirilib.
9-cu siniflər üzrə buraxılış imtahanında bölgələr arasında ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Naftalan şəhərlərinin şagirdləri göstəriblər.
Ən aşağı göstəricilər isə Saatlı, Cəlilabad və Ağsu rayonlarının şagirdlərinə məxsus olub.
11-ci siniflər üzrə buraxılış imtahanında ən yüksək nəticəni Sədərək və Qubadlı rayonları, Sumqayıt və Naxçıvan şəhərlərinin şagirdləri əldə ediblər.
Ən aşağı göstəriciləri isə İmişli, Daşkəsən, Kürdəmir və Sabirabad rayonlarının şagirdləri nümayiş etdiriblər.
9-cu və 11-ci sinif şagirdlərinin hər bir fənn üzrə nəticələrinə nəzər salsaq, görərik ki, ən yaxşı nəticələri TN tabeli və özəl liseylərin şagirdləri göstəriblər.