IV kurs tələbələrini maraqlandıran əsas suallardan bir də, məzun kitabçaları ilə bağlıdır.
Semestr imtahanı, diplom işi, dövlət imtahanı və s. kimi məsələlərin arasında tələbə büdcəsinə uyğun məzun kitabçasını tapmaq elə də asan məsələ deyil.
Məhz buna görə də AzEdu.az onları düşünərək müxtəlif studiyalarla əlaqə saxlayıb, tələbə büdcəsinə uyğun müxtəlif məzun kitabçalarını təqdim edir.
RR studiya
Bu studiyada 55, 60 və 65 manata müxtəlif məzun kitabçaları mövcuddur:
55 manatlıq kitabçada məzun geyimi və studiya çəkilişləri istisna olmaqla 4 fəsil fotosessiya təklif edilir.
60 manatlıq məzun kitabçasında studiyada və məzun geyimli çəkilişlə yanaşı, buz meydançası və botanika bağında çəkiliş daxildir.
65 manatlıq məzun kitabçasına isə bütün bunlarla yanaşı, Şahdağ turu təklif edilir.
“Guseinov”
Oktyabrın 31-nə qədər davam edən kompaniyaya əsasən, 75 manatlıq məzun kitabçaları tələbələrə 55 manata təqdim edilib.
Bu qiymətə, 4 fəsil fotosessiya, vizaj, milli geyimlər, məzun geyimləri universitet daxili çəkiliş kollektiv çəkiliş video rolik, milli geyimlərdə çəkiliş, məzun gecəsi çəkilişi, gecə çəkilişi, atçılıq çəkilişi, Şahdağ turu, daxildir.
“Viva studio”
Bu studiyada tələbələrə aşağıdakılar təqdim edilir:
4 fəsil fotosessiya, studiya daxili, gecə çəkilişi, məzun günü çəkilişlər, vizaj, makiyaj xidməti, istənilən məkanda çəkiliş imkanı(şəhər, rayon və kəndlərdə), Bölgələrdə fəsillər üzrə çəkilişlər mövcuddur.
Arzulardan ibarət videorolik, disk, flash kard, cib məzun kitabçası, məzun geyimi, milli geyim, polis, matros, şeytan- mələk, hərbiçi, futbolçu, hind, ispan, qaraçı, ərəb, stüardessa geyimlərində çəkilişlər 300-den artiq aksessuar ve rekvizitlərdən istifadə edə bilərlər.
Bütün bunlarla yanaşı kollektiv olaraq, tələbələrdən vasitəsilə qrup nömrəsinin yazilması və onun fəza çəkilişi də mövcuddur.
Hazırda davam edən kompaniyaya əsasən məzun kitabçaları 45 manata təqdim edilir. Tələbələr bu məbləği hissə-hissə ödəyə bilərlər.
“Goldgroup”
Canlı məzun kitabçaları, 4fəsil+Universitet daxili çəkiliş, kollektiv çəkiliş, milli geyimlərdə qədim məkanlarda çəkiliş, gecə çəkilişi, atçılıqda çəkiliş, video rolik.
Şahdağ turu, Bakı daxilində seçilən istənilən məkanda 3saat limitsiz çəkiliş və bütün şəkillərin rəng korreksiyasi eyni zamanda, çəkilişlərdə istədiyiniz qədər geyim dəyişmə imkanınız var. Bundan əlavə, sayından asılı olmayaraq, çəkilən bütün şəkillər montaj edilir.
Tələbələr müxtəlif növlü vinetkalardan istədiyinizi seçə və bütün bunları 70 manata əldə edə bilər. Əvvəlcədən müqavilə bağlanır, 20 manat ilkin ödəniş edilir, qalan məbləğ isə iş bitdikdən sonra ödənilir..
“GN vinetka”
Burda vinetkalar qiymətlər görə dəyişir. Belə ki, 60-70-80-90-100-110-120 manatlıq paketlərin hər birinə görə müxtəlif “vinetka” növləri təqdim edilir.
60 manatlıq məzun kitabçasında: 4 fəsil fotosessiya, studiya çəkilişi, dekorlar, limitsiz çəkiliş, 30×60 ölçülü 6 vərəqdən ibarət tək açılan albom təqdim edilir.
70 manatlıq məzun kitabçasında tələbələrə 4 fəsil fotosessiya, studiya çəkilişi, dekorlar, limitsiz çəkiliş, gecə çəkilişi, 30×80 ölçülü 5 vərəqdən ibarət iki açılan albom təqdim edilir
80 manatlıq məzun kitabçasında 4 fəsil fotosessiya, studiya çəkilişi, dekorlar, limitsiz çəkiliş, gecə çəkilişi, atçılıq çəkilişi 30×80 ölçülü 5 vərəqdən ibarət iki açılan albom təqdim edilir.
90 manatlıq 4 fəsil fotosessiya , studiya çəkilişi, dekorlar, limitsiz çəkiliş, gecə çəkilişi, piknik çəkilişi, məzun geyimində çəkiliş, 30×80 ölçülü 5vərəqdən ibarət iki açılan albom təqdim edilir.
100 manatlıq məzun kitabçasında, studiya çəkilişi, dekorlar, limitsiz çəkiliş, gecə çəkilişi, piknik çəkilişi, məzun geyimində çəkiliş, ümumi bütün fəsillərdə çəkilmiş 3 dəqiqəlik video çarx. 30×80 ölçülü 5vərəqdən ibarət iki açılan albom təqdim edilir.
110 manatlıq məzun kitabçasında 4 fəsil məzun kitabçası studiya çəkilişi, dekorlar, limitsiz çəkiliş, gecə çəkilişi, piknik çəkilişi, məzun geyimində çəkiliş atçılıq məkanında çəkiliş, 30×80 ölçülü 5vərəqdən ibarət iki açılan albom təqdim edilir. Sonda bütün tələbələrə şəkillər ayrı-ayrılıqda disk formasında verilir
120 manatlıq məzun kitabçasında 4 fəsil fotosessiya, studiya çəkilişi, dekorlar, limitsiz çəkiliş, gecə çəkilişi, piknik çəkilişi, məzun geyimində çəkiliş, atçılıq çəkilişi, 30×80 ölçülü 6vərəqdən ibarət iki açılan albom və qışda Şahdağ turu təqdim edilir.
“Nömrə 1 vinetka”
Bu studiya sizə 4 fəsil fotosessiya təqdim edir. Sadə məzmun kitabçaları ilə yanaşı,, videolu kitabçalar da mövcuddur. Eyni zamanda təşkilatçılar öz məzun kitabçalarını pulsuz əldə edə bilərlər. Qiymətlər kitabçanın növündən asılı olaraq, 60-75 manat aralığında dəyişir. Məbləği 4 dəfəyə ödəmək mümkündür.
“Action studio”
Studiya sizə milli geyim, məzun geyimi studiyada çəkiliş fashion çəkiliş və 4 fəsil fotosessiya təqdim edir.
Çəkilən şəkillər üzərində lazımi montaj işləri görülür, hər çəkilişdən sonra şəkillər fleşkartda tələbələrə verilir.
Tələbə sayı 10nəfərdən çox olduqda təşkilatçıya məzun kitabçası hədiyyə edilir. Qiymətlər 50 manatdan başlayır. 55 manatlıq məzun kitabçalarda gecə çəkilişi, 70 manatlıq kitabçalarda isə Şahdağ turu mövcuddur. 15 manat ilkin ödənişdən sonra qalan məbləğ hissə-hissə ödənilir.
“Vinetkam.biz”
Bu studiya sizə qiymətindən asılı olaraq, müxtəlif növlü vinetkalar təqdim edir.
Tələbələr 4 fəsil çəkiliş, 1 studiya, vizaj, qrim, geyimlər, məzun geyimləri, universitetdaxili çəkiliş, gecə çəkilişi, video rolik, milli geyimlərdə çəkiliş, məzun gecəsi çəkilişi, atçılıq mərkəzində çəkiliş, Şahdağ turu kimi imkanlardan yararlana bilərlər.
45 manatlıq məzun kitabçası götürənlər Şahdağ turu üçün əlavə 10 gediş haqqı ödəyirlər.
“Vinetka naxish”
Qiymətlər 55 manatdan başlayaraq, 70 manata qədər davam edir, 4 fəsil çəkiliş, payız, qış, yaz və yay fotosessiyaları Şahdağ turu da ödənişin içərisinə daxil olur. Bundan əlavə, studiya çəkilişlərimiz olur, studiya çəkilişdə məzun geyimləri, milli geyimlər, xanımlar üçün dekor, vizajı, pulsuz olur. Bundan əlavə, 6-cı çəkiliş kimi 3 çəkilişdən birini seçmək imkanın verilir. Bunlara paintpol, gecə və atçılıq çəkilişləri daxildir.