Azedu.az

Dərslik və məktəb materiallarında bunları etmək qəti qadağandır – Təhsil qanunvericiliyi

Məktəblər

8 Noyabr 2019, 09:18
Dərslik və məktəb materiallarında bunları etmək qəti qadağandır – Təhsil qanunvericiliyi

 Bu gün müasir  təhsilin məzmun və təşkili  diqqət mərkəzindədir. Bu baxımdan dərsliklərin estetik keyfiyyətlərinə, oxucunun zövqunə uyğunluğuna önəm verilir. Bununla yanaşı, şagirdlərin diqqətini çəkən, onları dərsdən yayındıra bilən digər əşya və ya fəaliyyətlərin  reklamı dövlət nəzarətindədir.

 AzEdu.az xəbər verir ki, təhsil qanunvericiliyinə əsasən dərsliklərdə reklam xarakteri daşıyan yazılara yol verilmir.

 Yetkinlik yaşına çatmayanlar üçün dərsliklərlə yanaşı, dərs vəsaitlərində, tədris materialının məzmununda, məktəb gündəliyində, dəftərdə, albomda reklam yerləşdirilməsi qadağandır.

 Məktəblilərə  mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklam lövhələrinə yerli icra hakimiyyəti nəzarət edir. Onların müəyyən etdiyi məsafədən yaxın məktəbəqədər və ümumi təhsil müəssisələrinə reklam yerləşdirilə bilməz.

 Qeyd edək ki, idman mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir.

 Ayşə Müseyib

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox