Suraxanı rayonu 79 nömrəli tam orta məktəbdə “Milli Azərbaycan Tarixi Muzeyində qorunan dəyərlərimiz” mövzusunda tədbir keçirilib.
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyindən AzEdu.az-a verilən məlumata görə, IX-X sinif şagirdlərinin iştirak etdikləri tədbirdə bu müəssisənin mütəxəssisi Qənirə Qafarlı mövzu üzrə mühazirə oxuyub.
Məktəblilərə muzeyin Silahlar və bayraqlar fondunda qorunan tarixi Azərbaycan dövlətlərinin bayraqları haqqında ətraflı məlumat verilib. Bayraqların muzey ekspozisiyasında tutduğu yerin əhəmiyyəti barədə danışılıb.
Sonra əməkdaşlığa dair müqavilə imzalanıb.