Azedu.az

Ağsunun Sarvan kəndində modul tipli təhsil ocağı istifadəyə verilib  

Məktəblər

6 Noyabr 2019, 17:42
Ağsunun Sarvan kəndində modul tipli təhsil ocağı istifadəyə verilib  

Ağsu rayonunun Sarvan kənd ümumi orta məktəbi üçün quraşdırılan modul tipli yeni bina istifadəyə verilib.

AzEdu.az  xəbər verir ki, Təhsil Nazirliyinin sifarişi ilə quraşdırılan yeni məktəb binası 96 şagird yerlikdir. Hazırda məktəbdə 86 nəfər şagird təhsil alır. On bir sinif otağından ibarət binada təhsilin yüksək səviyyədə təşkili üçün bütün şərait yaradılıb.

Noyabrın 6-da məktəbin müəllim və şagird kollektivlərinin, kənd sakinlərinin, qonaqların iştirakı ilə keçirilən açılış mərasimində çıxış edənlər ölkəmizdə təhsilin inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından danışıblar.

Sonda tədbir iştirakçıları yeni məktəb binasında yaradılan şəraitlə tanış olublar. (Azərtac)

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox