Sabah XI sinif şagirdləri üçün FLEX imtahanı keçiriləcək.
AzEdu.az xəbər verir ki, FLEX imtahanı sabah 9:00-da Azərbaycan Dillər Universitetində(Rəşid Behbudov küç., 134) keçiriləcək.
İmtahan binasına gələrkən doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqənizi, 2 ədəd 3x4 şəklinizi və qara qələm gətirməyi unutmayın.
Qeyd edək ki, FLEX yuxarı sinif şagirdləri üçün nəzərdə tutulan ilk uzunmüddətli ABŞ-da təhsil proqramıdır. Bu proqram keçmiş Sovet İttifaqı ölkələrində yaşayanlara Amerika xalqının dostluq əlini uzatmaq məqsədi ilə Konqres tərəfindən təsdiq edilib. FLEX yuxarı sinif şagirdləri üçün ABŞ-da bir il yaşamaqla, ilk genişmiqyaslı mübadilə proqramı kimi yaradılıb.