Dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinin reytinq cədvəlini hazırlayan “QS World University Rankings” yeni tədris ili üçün Orta Asiyanın ən yaxşı universitetlərini araşdırıb.
AzEdu.az xəbər verir ki, bu siyahıda I yeri Lomonosov adına Moskva Dövlət Universiteti tutub.
Məlumata əsasən, siyahıda 51 Türkiyə universitetinin adı qeyd olunub. Belə ki, Türkiyənin Koç Universiteti 11-ci, ODTÜ 13-cü, Boğaziçi 15-ci, Bilkent 16-cı, ITÜ 20-ci və Sabancı universiteti 21-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, keçən illə müqayisədə Türkiyə universitetlərinin sayında artım müşahidə edilib. Ötən tədris ilində siyahıda Türkiyənin 45 sayda ali təhsil müəssisənin adı keçib.