Xəbər verdiyimiz kimi, ABŞ-ın Azərbaycandakı səfirliyi Amerikanın aparıcı universitetlərindən birində magistr dərəcəsi əldə etməyə imkan verən Fulbright Tələbə Proqramına sənəd qəbulu davam edir.
ABŞ-ın Azərbaycandakı səfirliyindən AzEdu.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün iyunun 1-dək müraciət etmək olar.
Müsabiqədə iştirak etmək istəyənlər aşağıdakı tələblərə cavab verməlidirlər:
- Seçilmiş sahədə 2 illik ardıcıl iş təcrübəsi;
- Hazırda Azərbaycanda yaşayan Azərbaycan vətəndaşı olmaq;
- Əvvəlki tədqiqatlarda güclü akademik təcrübəsi və təhsil boyu əla qiymətlər;
- Mükəmməl ingilis dili bilikləri.
Qeyd edək ki, müraciət formasıilə bu sayt vasitəsi ilə tanış ola bilərsiniz: //iie.embark.com/auth/login