Azedu.az

Təhsil şöbəsinin müdiri: “Şagird qaçarkən burnu turnikə dəyib və ...”  

Məktəblər

30 Oktyabr 2019, 15:40
Təhsil şöbəsinin müdiri: “Şagird qaçarkən burnu turnikə dəyib və ...”  

Oğuzda şagirdin dərs zamanı xəsarət alması ilə bağlı bir neçə media orqanında məlumat əks olunub. Məlumata görə, hadisə şəhər 3 saylı məktəbdə qeydə alınıb.

AzEdu.az hadisənin təfərrüatını öyrənmək məqsədilə Oğuz Rayon Təhsil şöbəsi ilə əlaqə saxlayıb. Təhsil şöbəsinin müdiri  Anar Məcidov  bildirib ki, hadisə dərs zamanı, ehtiyatsızlıqdan baş verib:

“Elnarə Şəfiyeva 3 saylı orta məktəbin VI sinif şagirdidir. İdman dərsində qaçış normativi götürülərkən qaçan şagirdin burnu turnikə dəyib və qanayıb. Məktəbin direktoru və fənn müəllimi şagirdi rayon mərkəzi xəstəxanasına aparıblar.

RTŞ müdiri olaraq özüm də ora baş çəkdim. Ciddi xəsarət varsa, şagirdi başqa bir xəstəxanaya yerləşdirməyi təkidlə bildirdik. Amma həkim ehtiyac görmədi. Qırıq, sınıq kimi halların olmadığını dedi. Sadəcə göyərmə hallarına qarşı bir neçə maz yazaraq şagirdi evə buraxdı”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox