Oğuzda şagird dərs zamanı xəsarət alıb.
AzEdu.az Oxu.az-a istinadən məlumat verir ki, hadisə şəhər 3 saylı məktəbdə qeydə alınıb.
VI sinif şagirdi Elnarə Şəfiyeva idman dərsində qaçarkən ehtiyatsızlıqdan futbol qapısının dəmir dirəyinə çırpılıb.
Ağır xəsarət alan qız xəstəxanaya çatdırılıb.
Onun baş nahiyəsindən xəsarət aldığı bildirilir.