Sumqayıtda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
AzEdu.az APA-ya istinadən məlumat verir ki, hadisələrin hər ikisi şəhər ərazsində qeydə alınıb. Şəhər sakinləri, 2011-ci il təvəllüdlü Nağızadə Aydan Mahir qızı və 2003-cü il təvəllüdlü Niyazov Emil Fuad oğlunu yolu keçmək istəyərkən avtomobil vurub.
Hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hər iki faktla bağlı araşdırma aparılır