Hindistanın Mumbay şəhərində 14 yaşlılar arasında şahmat üzrə keçirilən dünya çempionatının qalibi Aydın Süleymanlı özünə Şəhriyar Məmədyarovu, Magnus Karlseni nümunə hesab edir.
O, iştirak etdiyi 11 oyunun 7-də qələbə qazanıb, 4-də isə heç-heçə edib. Dünya çempionatında ümumilikdə 9 xal toplamaqla qalib gələn gənc soydaşımız hələ lap balacalıqdan babalarına şahmatda qalib gəlirmiş.
AzEdu.az-ın əməkdaşları dünya çempionunun təhsil aldığı Bakı şəhər 249 saylı tam orta məktəbdə Aydınla görüşüb.
Həmin video materialı təqdim edirik.
Ayşə Müseyib
Nəzrin Abdul