Azedu.az

Məktəblilər Bakı Mühəndislik Universitetində ekskursiyada olublar

Məktəblər

24 Oktyabr 2019, 15:34
Məktəblilər Bakı Mühəndislik Universitetində ekskursiyada olublar

Oktyabrın 24-də Bakı Beynəlxalq Təhsil Kompleksinin (BBTK) şagirdləri Bakı Mühəndislik Universitetində (BMU) ekskursiyada olublar.

AzEdu.az xəbər verir ki, ekskursiyanın təşkilində əsas məqsəd məktəbliləri universitet həyatı ilə yaxından tanış etmək olub.

Öncə BMU-nun Təcrübə şöbəsinin əməkdaşı Ceyhun Vəliyev şagirdlərə universitet haqqında geniş  məlumat verib. O, məktəb və universitet arasındakı fərqi izah edərək universitet həyatının önəmli olduğunu diqqətə çatdırıb. 

Sonra şagirdlər universitetin İKT mərkəzi, Texnoparkı, Kimya, Biologiya və digər tədris laboratoriyaları ilə yaxından tanış olublar, həmçinin laboratoriyalarda maraqlı təcrübələri əyani şəkildə izləyiblər.

BBTK-nın müəllimləri və şagirdləri ekskursiyanın təşkilinə görə BMU rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox