Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində ümumilikdə təhsil üçün 3 milyarddan çox (3 155 797 681 manat) vəsait nəzərdə tutulub.
AzEdu.az xəbər verir ki, büdcəyə əsasən, orta ixtisas təhsili üçün 74 milyondan çox (74 341 607 manat), ali təhsil üçün isə 50 milyona yaxın( 49 198 286 manat) vəsait ayrılıb.
Qeyd edək ki, ötən tədris ilində orta ixtisas təhsili müəssisələri üçün 44 milyondan çox (44.847.216 manat), ali təhsil üçün isə 46 milyondan çox (46.128.523 manat) vəsait nəzərdə tutulmuşdu.
2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri isə Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.