Gələn il Azərbaycan Respublikası Təhsil Nazirliyinə ayrılacaq vəsaitin məbləği müəyyənləşib. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 611 min 660 manat vəsait ayrılacaq.
AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilib.
Qeyd edilənlərə əsasən, 2020-ci ildə dövlət büdcəsindən təhsil xərclərinə 3155,8 milyon manat vəsait ayrılıb. Bu, ötən ilə nisbətən 873, 6 milyon manat və ya 38,3 % çoxdur.
2020-ci ildə təhsil xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 11,7 % təşkil edəcək. Bu, ötən illə müqayisədə 2,6 % çoxdur.
Bundan əlavə, təhsil xərclərinin növbəti il üçün proqnozlaşdırılan ÜDM-də xüsusi çəkisi 3,8 % olacaq. Bu isə 2019-cu illə müqayisədə 0,9 % çoxdur.
Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-si, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.