Azyaşlı uşaqların psixikasında olan dəyişikliklər bəzən keçid dövrü, yaş sindromu və ya uşağın kaprizli xarakteri ilə səhv salınır. Bəs, hansı əlamətlər artıq həqiqi psixi pozulmaların siqnalıdır?
AzEdu.az Medicina.az-a istinadən psixiatr Aziz Mustafayevin bu barədə tövsiyələrini təqdim edir.
Uşaqlarda bu əlamətlərdən ən azı 10-u varsa:
-Bağçada və məktəbdə olan davamlı problemlər;
-Digər uşaqlar və heyvanlar ilə qəddar davranır.
-Özünə xəsarət yetirir.
-Yaxınları (ailə və dostlar ilə) ünsiyyətdən qaçır.
-Əhval ruhiyyəsi tez-tez, səbəbsiz olaraq dəyişir.
-Çox güclü emosiyalar yaşayır (aqressiya, qorxu)
-Davamlı yorğun və həvəssizdir.
--Diqqətini cəmləməkdə və intellektual fəaliyyətdə sıxıntı yaşayır.
-Yuxu problemləri var( tez tez oyanir, dəhşətli yuxular görür, gecələr yatmır).
-Zahirinə və geyiminə qarşı diqqətsizdir (əşyalarına və otağına qarşı da o cümlədən)
-Çoxsaylı bədənsəl sıxıntıları vardır (baş ağrıları, mədə bağırsaq sıxıntıları, ürək döyünmə, boğulma)
-Normaldan daha çox və daha az yemək.
-Oğurluq və yalan danışma halları( davamlı)
-Kompüter və telefon ilə böyük zaman keçirmə,oyunlara aludəçi olması.
-Sidiyini idarə edə bilməməsi (enurez)
Bu hallar varsa, usağı psixiatra göstərmək lazımdır. Xatırladaq ki, nevroloq bu problemlərlə məşğul olmur