İnsan Resursları Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrində boş qalan vakansiyalara namizədlərin əlavə yerləşdirilməsi bal və coğrafi bölgü prinsipi əsasında aparılır.
AzEdu.az xəbər verir ki, qeyd olunan ərazi üzrə uyğun namizəd olmadığı təqdirdə vakansiyalar İnsan Resursları Mərkəzinin rəsmi facebook səhifəsində paylaşılacaq.
Elan ediləcək vakansiyalarla bağlı 2018 və 2019-cu illərdə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində müvafiq bölmə və fənn üzrə imtahan nəticəsi olan namizədlər müraciət edə bilərlər. Namizədlər müraciətlərini qısa şəkildə (ad, soyad, ata adı, imtahan nəticəsi, seçmək istədiyi vakant yer) rəylər bölməsində qeyd edə bilərlər.
AzEdu.az riyaziyyat fənni üzrə tutulmayan vakansiyaları təqdim edir:
Şamaxı şəhəri
Məktəb-Meysəri kənd A.Şirinov adına tam orta məktəb
Ünvan-Meysəri kəndi
Status/Dərs yükü-Sosial məzuniyyət yeri/10saat
(Azərbaycan bölməsi üzrə)
Şamaxı şəhəri
Məktəb-Həmyəli kənd tam orta məktəb
Ünvan-Həmyəli kəndi
Status/Dərs yükü-Vakant yer/10saat
(Azərbaycan bölməsi üzrə)
Şamaxı şəhəri
Məktəb-Zaratxeybəri kənd ümumi orta məktəb
Ünvan-Zaratxeybəri kəndi
Status/Dərs yükü-Vakant/10saat
(Azərbaycan bölməsi üzrə)
Ağdam şəhəri
Məktəb-İmamqulubəyli qəsəbə tam orta məktəb
Ünvan-İmamqulubəyli qəsəbəsi
Status/Dərs yükü-Vakant yer/5 saat
(Azərbaycan bölməsi üzrə)
Füzuli şəhəri
Məktəb-Füzuli rayon 33 nömrəli tam orta məktəb
Ünvan-3 saylı Zobucluq qəsəbəsi
Status/Dərs yükü-Vakant yer/10saat
(Azərbaycan bölməsi üzrə)
Qeyd edək ki, vakansiyalara müraciət üçün müddət 1 gündür.