Azedu.az

Əvəzləyici müəllimlərə məzuniyyət hansı müddətə verilir? - CAVAB  

Məktəblər

Müəllimlər və elm adamları

18 Oktyabr 2019, 09:30
Əvəzləyici müəllimlərə məzuniyyət hansı müddətə verilir? - CAVAB  

Müəllim iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında müqavilə bağlayaraq başqa iş yerlərində də çalışa bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan məktəb işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Həmin kadrlar isə əvəzləyici müəllimlər adlanırlar.

Bəs, əvəzləyici müəllimlər məzuniyyət götürə bilərlər?

AzEdu.az məlumat verir ki, bu məsələlər Əmək Məcəlləsi ilə tənzimlənir. Qanunvericiliyə görə, işçilər vəzifəsindən, əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, müəyyən məzuniyyətlərdən istifadə hüququna malikdirlər. Əvəzçiliklə işləyənlər də bu məzuniyyətlərdən yararlana bilərlər. Vəzifəsindən asılı olmayaraq, hər hansı işçinin məzuniyyət hüququ məhdudlaşdırıla bilməz.

Bununla yanaşı, əvəzləyici müəllimlərin əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün məzuniyyət götürmək hüquqları var.

Qeyd edəık ki, iş vaxtından sonra əvəzçilik üzrə əlavə məktəbdə işləməyə əsas iş yerinin direktorunun razılığı tələb edilmir. İş vaxtı əvəzçilik üzrə işləməyə is işəgötürənin razılığı ilə yol verilir.

Müəyyən səbəbdən iş yerində olmayan müəllimin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan müəllimi əvəz edən kadra, əvəz etdiyi həmkarının vəzifə maaşı ilə onun maaşı arasındakı fərq ödənilir.

Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox