"Azərbaycanda mövcud olan dövlət standartlarına əsasən, məktəblərdə dinin tədrisi nəzərdə tutulmur".
AzEdu.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov deyib:
Nazir qeyd edib ki, ümumtəhsil müəssisələrində "Həyat bilgisi" fənni keçirilir, bu fəndə və bir sıra fənlərdə müxtəlif dinlər, onların tarixi, dini maarifləndirmə haqda məlumatlar var:
"Yeni dərsliklər hazırlanan zaman eyni standartlar tətbiq olunacaq".