Azedu.az

“Repetitorluğun qarşısını sistemli şəkildə almaq az effektli yoldur” - Ceyhun Bayramov  

Məktəblər

Elm və Təhsil Nazirliyi

17 Oktyabr 2019, 13:00
“Repetitorluğun qarşısını sistemli şəkildə almaq az effektli yoldur” - Ceyhun Bayramov  

“Sistemli şəkildə repetitorluğun qarşısını almaq az effektli yoldur. Lakin təhsilin keyfiyyətinin artırılması, təmayül siniflərin yaradılması repetitorluğun əhatə dairəsini kiçildən faktorlardandır”.

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil naziri Ceyhun Bayramov Təhsil Nazirliyinin Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib:

“Bu fəaliyyət dünyanın müxtəlif ölkələrində var və kifayət qədər yüksək səviyyədə həyata keçirilir. Düşünürəm ki, sistemli şəkildə repetitorluğun qarşısını almaq az effektli yoldur. Lakin təhsilin keyfiyyətinin artırılması, təmayül siniflərin yaradılması repetitorluğun əhatə dairəsini kiçildən faktorlardandır.

Təmayül siniflərin əhəmiyyəti şagirdin ali təhsil almaq istədiyi fənlər üzrə daha keyfiyyətli təhsil təşkil etməkdir. Bu siniflərin kontingenti genişləndirilir. Bəzi məktəblər bu işi çox yaxşı səviyyədə təşkil edə bilirlər.

Onu da qeyd edim ki, araşdırma apararkən internat məktəblərinin, repetitor imkanı olmayan ailə övladlarının yüksək nəticələrinin şahidi oluruq. Deməli, məktəblərdə təhsilin keyfiyyətli şəkildə təşkilinə diqqət yetirilir”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox