"Ayrı-ayrı məktəblərə nəqliyyat vasitələrinin verilməsi gündəmdə deyil. Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətləri tərəfindən bu məsələlərin düzgün planlanması və tənzimlənməsi müzakirə edilir".
AzEdu.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov deyib:
C.Bayramov bildirib ki, yeni ərazilərin planlaşdırılması zamanı bu məsələlər diqqət mərkəzində saxlanılmalıdır:
"Bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən layihələr var. Şagird kontingentinin sıxlığını və gediş-gəlişlə bağlı problemləri, xüsusilə, kortəbii inkişaf gedən ərazilərdə müşahidə edirik. Əfsuslar olsun ki, belə ərazilər mövcuddur".