Dünyada təhsilin yüksək standartlara malik olduğu dövlətlər arasında İsveçrə ilk pillələrdə durur.
Əvvəllər İsveçrə tələbələrin ən çox müraciət etdiyi ölkələrdən idi. Amma son illər burada təhsil almaq istəyən tələbələrin sayında azalma müşahidə olunur. Çünki İsveçrədə yaşayış bahadır. Amma verilən təhsil və universitetlər xərcənən pula dəyər.
AzEdu.az xəbər verir ki, 2020-2021-ci tədris ili üçün İsveçrə əcnəbi tələbələr üçün təqaüdlü təhsil imkanı yaradıb.
İsveçrədə təqaüdlə təhsil almaq istəyənlər “Swiss Government Excellence Scholarships” proqramından yararlana bilərlər. Bu proqram İsveçrə dövləti tərəfindən elan edilib və əcnəbi tələbələrə şamil edilir. “Swiss Government Excellence Scholarships” proqramı daha çox “post-doctoral research” və incəsənət sahəsində təhsil almaq istəyənlər üçün nəzərdə tutulub.
Təqaüd proqramları haqqında ətraflı məlumata sahib olmaq istəyənlər aşağıda göstərilən linkə daxil ola bilərlər:
Qeyd edək ki, İsveçrədə həm bakalavr, həm də magistr üçün illik təhsil haqqı 11000-50000 avro arasında dəyişir. Qiymətlər isə universitetin keyfiyyətinə və ixtisasın aktuallığına görə dəyişir.
İsveçrədə yaşam xərcləri (yaşayış,yemək, tibbi sığorta) isə tələbəyə hər ay üçün 1500 dollara başa gəlir.