Azedu.az

Buraxılış imtahanları yanvar-fevral aylarında keçiriləcək? - Rəsmi cavab  

14 Oktyabr 2019, 11:08
Buraxılış imtahanları yanvar-fevral aylarında keçiriləcək? - Rəsmi cavab  

Sosial şəbəkələrdə 2020-ci ildə təşkil olunacaq buraxılış imtahanlarının yanvar və fevral aylarında keçiriləcəyi ilə bağlı müxtəlif məlumatlar yayılıb.

Məlumatın nə dərəcədə həqiqəti əks etdirdiyini öyrənmək üçün Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxladıq.

Məsələylə bağlı DİM-dən AzEdu.az-a verilən məlumata görə, gələn il keçiriləcək imtahanların tarixləri ilin əvvəlində müəyyən olunacaq.

Yanvar və fevral aylarında buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulmur.

 

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox