Hal-hazırda 2017-ci il buraxılış imtahanının (9 illik təhsil bazasında) ikinci mərhələsində istifadə olunmuş sual kitabçaları (Azərbaycan və rus bölməsi) üzrə onlayn sınaq imtahanı //otk.az portalına yerləşdirilmişdir.
11-ci sinif üzrə buraxılış imtahanlarına aid materiallar isə yaxın günlərdə portala yerləşdiriləcək. Şagirdlər yekun qiymətləndirmə, abituriyentlər isə kolleclərə və ya V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlıq səviyyələrini bir daha özləri üçün müəyyənləşdirə bilərlər.
Abituriyentlər onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək imkanına malikdirlər.
//otk.az portalında yerləşdirilmiş onlayn sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya “Milliön” terminalları vasitəsilə aparılır. Qeydiyyat və ödəniş təlimatı ilə portalda tanış ola bilərsiniz.