Azedu.az

İran kosmosa öz astronavtını göndərmək niyyətindədir

Texnologiya

6 Oktyabr 2019, 10:32
İran kosmosa öz astronavtını göndərmək niyyətindədir

Tehran digər dövlətlərlə əməkdaşlıq yaradaraq, orbitə öz kosmonavtını göndərmək niyyətindədir.

AzEdu.az-ın məlumatına görə, apa RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə İranın informasiya və kommunikasiya naziri Cavad Azari Cahromi bildirib.

ABŞ-ın bu ölkəyə məxsus 3 kosmik araşdırmalar qurumuna qarşı sanksiya tətbiq etməsinə baxmayaraq, Tehran bu istiqamətdə öz işlərini dayandırmaq fikrində deyil.

Bildirilir ki, İran canlıların kosmosa göndərilməsi üzrə artıq təcrübəyə malikdir. 2013-cü ildə iranlı mütəxəssislər iki dəfə primatları kosmosa göndərə biliblər.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox