Azedu.az

\"Artım daha çox maaşı aşağı olan işçilərə təsir göstərib\" -  Vitse-prezidenti

4 Oktyabr 2019, 17:30
\

“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşlarının maaşı Nazirlər Kabinetinin müvafiq qərarı ilə artırılıb”.

AzEdu.az xəbər verir ki, bunu APA-ya AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli deyib.

O bildirib ki, bu artım daha çox AMEA-da çalışan əmək haqqısı aşağı olan işçilərə təsir göstərib.

“Ümumilikdə isə əmək haqlarında artım akademiya sistemində çalışanların hamısında var. Azərbaycan Prezidenti daim ölkə vətəndaşlarına, o cümlədən, elm və təhsil işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair qərarlar qəbul edir. Akademiyanın alimləri də daim bunu minnətdarlıqla qarşılayırlar”, - deyə o vurğulayıb.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox