Bu gün AzEdu.az təhsil portalının təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisadiyyat Universitetində (UNEC) abituriyentlər üçün ödənişsiz psixoloji treninq keçirilib.
Treninqdə 9-10-11-ci sinif şagirdləri və ali məktəblərə hazırlaşan əvvəlki illərin məzunları iştirak ediblər.
Psixoloq Elnur Rüstəmovun məruzəçisi olduğu treninqdə əsasən bu məsələlərə diqqət yetirilib:
1.Özünə inamın formalaşdırılması;
2.İmtahanda vaxtın fənlər arasında düzgün bölüşdürülməsi;
3.Həyəcan səbəbiylə kodlaşdırmada yaranan çətinliklərin aradan qaldırılması;
4.Uğura köklənmənin xüsusi metodikası
Treninqə qatılmaq üçün əvvəlcədən qeydiyyatdan keçən abituriyentlər layihəyə xüsusi maraqla yanaşıblar. Tədbirdə təxminən 70-80 nəfər abituriyent iştirak edib.
Treninqin birinci hissəsində qəbul imtahanina girməzdən öncəki psixoloji hazırlıq haqqında geniş məlumat verilib.
10 dəqiqəlik fasilədən sonra isə imtahan zamanı abituriyentlərin nə etmək lazım olduğuna dair psixoloq Elnur Rüstəmov məlumat verdi.
Treninqi keçirməkdə məqsəd abituriyentlərin psixoloji hazırlığına töhvə vermək olub.
Sonda məruzəçi Elnur Rüstəmov ilə xatirə şəkili çəkildi.
Treninqdə abituriyentlərlə yanaşı, müəllimlər də iştirak edib.
Layihənin ideya müəllifi olan AzEdu.az portalının kollektivi təşkilatı dəstəyə görə UNEC rəhbərliyi və məruzəçi Elnur Rüstəmova təşəkkürünü bildirir.