AzEdu.az-ın TASS-a istinadən verdiyi məlumata görə, Moskva ətrafında yerləşən Balaşixa şəhərində sahibsiz binada 15 yaşlı məktəbli qızın meyiti tapılıb. Meyitin baş nahiyəsində zədələr olub. Faktla bağlı cinayət işi başlanıb.
Hüquq-mühafizə orqanları araşdırma nəticəsində qətldə şübhəli bilinən şəxsi müəyyən edərək saxlayıblar. Məlum olub ki, hadisəni qızla paralel sinifdə oxuyan 15 yaşlı oğlan törədib.
Yeniyetmə istintaqa ifadəsində qətl törətdiyini etiraf edib. O bildirib ki, həmyaşıdı olan qızla mübahisə gözlənilmədən münaqişəyə çevrilib və bu zaman onu öldürüb. Məktəbli hadisədən peşman olduğunu da deyib.
Araşdırmalar davam etdirilir.