2019-cu il oktyabrın 5-də Dövlət İmtahan Mərkəzində növbəti SAT imtahanı keçiriləcəkdir.
AzEdu.az xəbər verir ki, imtahan saat 08.30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq.
İmtahanda iştirak edəcək şəxslər saat 07.30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar. İmtahanın müddəti 3 saat 45 dəqiqədir.