Azedu.az

Bakıda 8-ci sinif şagirdi itkin düşüb - FOTO

Məktəblər

30 Sentyabr 2019, 11:17
Bakıda 8-ci sinif şagirdi itkin düşüb - FOTO

Bakıda yeniyetmə itkin düşüb.

AzEdu.az  Trend-ə istinadən xəbər verir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini 2005-ci il təvəllüdlü Əliyev Murad Məhərrəm oğlu yoxa çıxıb.

Yaxınlarının verdiyi məlumata görə, yeniyetmə ötən gün saat 16 radələrində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Onlar M. Əliyevin itkin düşməsi barədə polisə də məlumat verdiklərini bildiriblər.

Qeyd edək ki, Murad Əliyev 310 saylı orta məktəbin şagirdidir. O, hazırda 8-ci sinifdə oxuyur.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox