Azedu.az

Ötən tədris ilində ümumilikdə 296 ədəd elektron resurs təqdim edilib - RƏSMİ

28 Sentyabr 2019, 12:48
Ötən tədris ilində ümumilikdə 296 ədəd elektron resurs təqdim edilib - RƏSMİ

Təhsil Nazirliyi elektron resursların müasir təhsil sistemində aktuallığını nəzərə alaraq bu istiqamətdə fəaliyyətini genişləndirib.

AzEdu.az xəbər verir ki, ötən tədris ilində ümumilikdə 296 ədəd elektron resurs – lokallaşdırılmış 3D animasiyalı videolar və Khan Academy dərsləri, multimedia çəzmunlu və qiymətləndirmə sistemli video dərslər, elektron dərsliklər hazırlanaraq Təhsil Nazirliyinin portallarında yerləşdirilib.

Sözügedən portallardan bugünədək 4.288.185 dəfə istifadə olunub.

Belə ki, Təhsil Nazirliyi tərəfindən 25 ədəd elektron dərslik yaradılıb; 28 ədəd elektron dərslik yenilənib; 40 ədəd qiymətləndirmə sistemli, 41 ədəd multimedia məzmunlu video dərs çəkilib; 60 ədəd 3D animasiyalı video tərcümə edilib və 102 ədəd Khan Academy dərsləri lokallaşdırılıb.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox