2018-ci ildə keçirilən buraxılış imtahanlarında cənub regionunu təmsil edən məktəblərin bütövlükdə buraxılış imtahanlarında zəif nəticə göstərmələrinə baxmayaraq, Biləsuvar rayonu M.İbrahimov adına lisey-məktəb kompleksinin məzunları ölkə üzrə ən yüksək nəticələrdən birinə nail olublar.
AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.
11-ci siniflər üzrə buraxılış imtahanında ən yüksək nəticəni Sədərək və Qubadlı rayonları, Sumqayıt və Naxçıvan şəhərlərinin şagirdləri əldə ediblər.
Ən aşağı göstəricilər isə İmişli, Daşkəsən, Kürdəmir və Sabirabad rayonlarının şagirdlərinə məxsusdur.