Azedu.az

Məktəb avtobusu aşdı: 3 uşaq xəsarət aldı

Məktəblər

27 Sentyabr 2019, 10:04
Məktəb avtobusu aşdı: 3 uşaq xəsarət aldı

Kanadada Lanenburg şəhərin (Nova Skotia vilayətində) yaxınlığında bir məktəb avtobusu və evmaşını ilə toqquşma qəzasında üç uşaq yaralanıb.

AzEdu.az xarici mətbuata istinadən bildirir ki, hadisə kəsişmədə 64 yaşlı bir motorlu ev sürücüsünün dayanma işarəsinə məhəl qoymadığına görə baş verib. Toqquşma zamanı avtobusda sürücü və orta məktəbin 27 şagirdi olub. Üç məktəbli xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, polis artıq yol qaydalarını pozan yaşlı sürücüyə qarşı ittihamlar sürüb. Təcavüzkarın ABŞ-ın Nevada əyalətindən bir turist olduğu bildirilir.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox