Rusiya Hərbi Hava Qüvvələri daha çoxşaxəli xidmət göstərmək məqsədilə süni intellektdən istifadə etməyə başlayıb.
AzEdu.az-ın xəbərinə görə, bu barədə “İzvestiya” qəzetində məlumat verilib.
Məlumata görə, Rusiya aviasiya qüvvələri ilk dəfə süni intellektə əsaslanan hərbi hava qüvvələri üçün avtomatik nəzarət sistemindən istifadə ediblər.
Onlar, süni intellektdən istifadədə məqsədlərinin, daha tez reaksiya vermək və hərbi hava qüvvələrinin keyfiyyətini yaxşılaşdırmaq olduğunu deyiblər.