ABŞ-ın Kaliforniya Universitetinin alimləri 2900 kilometr dərinlikdə yerləşən qitə böyüklüyündə nəhəng qaya kütləsi tapıblar. Əvvəllər zəif sürətlə hərəkət edən bu böyük birləşmələrin (LLSVP) okean plitələrinin qalıqları olduğuna inanılırdı. İndi onların təbiətinin daha mürəkkəb olduğu ortaya çıxdı. Elmi işin nəticələri "Geokimya, Geofizika, Geosistemlər" jurnalında dərc edilib.
Geodinamik modelləşdirmənin nəticələri göstərib ki, yerdən səthə qalxan mantiya plumları şaquli yox, üfüqi vəziyyətdə hərəkət etməlidir.