Azedu.az

Müqavilə əsasında müəllimlərin işə qəbulunun III turu olacaq? – Rəsmi cavab  

25 Sentyabr 2019, 12:43
Müqavilə əsasında müəllimlərin işə qəbulunun III turu olacaq? – Rəsmi cavab  

Xəbər verdiyimi kimi, 2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu üzrə II turun nəticələri açıqlanıb.

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmə zamanı 1575 namizəd uğur qazanıb.

Bəs müddətli müqavilə əsasında müəllimlərin işə qəbulunun III turu olacaq?

AzEdu.az-ın sorğusuna cavab olaraq İnsan Resursları Mərkəzindən verilən məlumata görə, müddətli müqavilə əsasında müəllimlərin işə qəbulunun III turu da olacaq.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə II turda iştirak etmək üçün 7599 namizəd müraciət edib. Vakansiya seçimi edərək elektron ərizəsini təsdiqlədən namizədlərin sayı isə  7457  olub.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox