“Biz, Astana Dövlət Qulluğu üzrə Regional Xab tərəfindən dəstəklənən dövlət qulluğu panelini IAEA 2019-un builki proqramına daxil etmişik”.
AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sentyabrın 23-də Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik beynəlxalq konfransının (IAEA 2019) rəsmi açılış mərasimində söyləyib.
Xatırladaq ki, sentyabrın 27-dək davam edəcək konfransda 55 ölkədən 300-dən çox nümayəndə iştirak edir.