Azedu.az

Azərbaycanda kollec tələbəsi atraksiondan yıxıldı

Kolleclər

16 Sentyabr 2019, 13:40
Azərbaycanda kollec tələbəsi atraksiondan yıxıldı

Şəkidə kollec tələbəsi atraksiondan yıxılaraq ağır xəsarət alıb.

AzEdu.az APA-ya istinadən məlumat verir ki, hadisə bu gün Şəki şəhərində, M. F. Axundov adına istirahət parkında baş verib. 

2003-cü il təvəllüdlü, Bərdə rayon sakini Xəyalə Vüsal qızı Durmuşova atraksiondan yıxılaraq ağır xəsarət alıb. X. Durmuşova Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Məlumatda bildirilir ki, X. Durmuşovaya çanaq sümüklərinin sınığı və sidik kisəsinin partlaması diaqnozu qoyulub. Hazırda X. Durmuşovanın üzərində cərrahiyyə əməliyyatı aparılır. 

X. Durmuşova Şəki Pedaqoji Kollecinin tələbəsidir.

Faktla bağlı araşdırma aparılır.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox