Azedu.az

Tərtərin ümumi təhsil məktəblərinə 49 müəllim işə qəbul edilib

Məktəblər

Müəllimlər və elm adamları

14 Sentyabr 2019, 17:14
Tərtərin ümumi təhsil məktəblərinə 49 müəllim işə qəbul edilib

Təhsil Nazirliyi tərəfindən mərkəzləşmiş qaydada aparılan müsabiqə nəticəsində Tərtər rayonunun ümumi təhsil məktəblərinə müxtəlif ixtisaslar üzrə 49 nəfər müəllim işə qəbul edilib.

AzEdu.az  xəbər verir ki, Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatında həmin müəllimlərlə görüş keçirilib. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov gənc müəllimləri təbrik edib, onlara məsul və şərəfli işlərində uğurlar diləyib. Müstəqim Məmmədov müəllimlərin qayğıları ilə maraqlanıb, ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb.

Gənc müəllimlər göstərilən diqqət və qayğıya, onlar üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox