Azedu.az

Uşaq bağçalarında məhsulların saxlanma şəraitinə riayət olunmur - Dövlət Agentliyi

Bağçalar

13 Sentyabr 2019, 16:15
Uşaq bağçalarında məhsulların saxlanma şəraitinə riayət olunmur - Dövlət Agentliyi

"Uşaq bağçalarında aparılan monitorinqlər zamanı aşkarlanan əsas nöqsanlardan biri işçilərin qida təhlükəsizliyi ilə bağlı normativ-texniki sənədlərin tələbləri ilə tanış olmamalarıdır".

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı Regional bölməsinin rəisi Əkbər Əliyev deyib.

O bildirib ki, uşaq bağçalarının işçiləri tez xarab olan məhsulların hansı şəraitdə saxlanılmasından məlumatsızdılar: "Onlar məhsulun hansı qaydada tədarük olunması, hazırlanması barədə məlumatsızdılar. Əsas nöqsanlar məhsulların saxlanma rejimlərlə riayət edilmədən istifadə edilməsi halları ilə bağlıdır. AQTA regional bölmələrinin əməkdaşları həmin müəssisələrin işçilərinə həmin normativ texniki sənədlərin tələblərini izah edirlər. Bütün sənədlər toplanandan sonra nəticələr barədə ictimaiyyətə geniş məlumat veriləcək".

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox