Ötən tədris ilində xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi ( nostrifikasiyası) məqsədi ilə 3.629 müraciət daxil olub.
AzEdu.az xəbər verir ki, əvvəlki illərdən icrası başa çatdırılmamış müraciətlər də daxil olmaqla, 2018-ci ildə ümumilikdə 3.278 müraciətin icrası yekunlaşdırılıb. Həmin müraciətlərdən 2313-ü təsdiqlənib.
Ölkələr üzrə daxil olan müraciətlərin sayı:
Ukrayna-1.184;
Rusiya Federasiyası-1.094;
Türkiyə Respublikası-511;
Digər ölkələr-840.
İxtisaslar üzrə müraciətlərin sayı:
Hüquqşünaslıq-503;
İqtisadiyyat-342;
Maliyyə və kredit-248;
Müalicə işi-270.
Təsdiqlənmiş müraciətlər:
Rusiya Federasiyası-693;
Ukrayna-679;
Türkiyə Respublikası-389;
Digər ölkələr-552.
Aparılan təhlillər göstərir ki, icrası mənfi cavabla yekunlaşan müraciətlərin əksəriyyətini ixtisaslar üzrə hüquqşünaslıq(196), iqtisadiyyat(134), maliyyə və kredit(117) ixtisasları təşkil edir. Müsbət cavablandırılmış müraciətlərin əsas hissəsini ixtisaslar üzrə hüquqşünaslıq (415), iqtisadiyyat(296),müalicə işi(191), maliyyə və kredit(144) ixtisasları təşkil edir.
Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən nostrifikasiya prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. İddiaçılara hər hansı şirkət və ya şəxslər tərəfindən verilən vəd nostrifikasiya müddətində heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinə (146) məlumat verməyiniz xahiş edilir.