Azedu.az

  Yanğınsöndürənlər nanotexnologiyalardan istifadə edəcəklər    

Maraqlı

3 May 2018, 23:30
  Yanğınsöndürənlər nanotexnologiyalardan istifadə edəcəklər    

Dubayın Mülki Təhlükəsizlik İdarəsi yanğın barədə məlumatlara dünya üzrə hamıdan tez – 30 saniyə ərzində reaksiya verəcək. Hazırda dünya üzrə orta normativ 8 dəqiqə təşkil edir.

AzEdu.az xəbər verir ki, bu, yanğın alovlanmağa başlayanadək söndürmək imkanı verəcək nanotexnologiyalar və müstəqil yanğınsöndürmə sistemlərinin tətbiq edilməsi sayəsində mümkün olacaq. Dispetçerin pultuna zəng daxil olan anda yanğınsöndürənlər briqadasına yanğının təfsilatı və söndürülməsinə dair müfəssəl hazırlanmış plan göndəriləcək. Layihə xidmətlərin saxlanılması xərclərinin azaldılmasına, həmçinin yollarda tıxacların əmələ gəlməsinin qarşısını almağa şərait yaradacaq. (AZƏRTAC)

Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu
Son xəbərlərDaha çox